Araşdırma aparan alim vulkanın içinə düşdü

Nikaraquada vulkanşünas Masaya vulkanında tədqiqat aparakən bədəninə bağlanmış iplərin qopması nəticəsində kraterlərdən birinin içinə düşüb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 60 yaşlı argentinalı alim Rodolfo Alvares və onun 25 yaşlı nikaraqualı bələdçisi Adriak Valyadares araşdırma aparmaq üçün Masaya vulkanına qalxıblar. İkisi də çalışdağı zaman özlərinə bağladıqları iplərin qopması nəticəsində aktiv fəaliyyətdəki vulkan kraterinin təqribən 500 metrədək içinə sürüşüblər. Hadisədən sonra təcili yardım xidməti hər ikisini xilas edə bilib, onların vəziyyəti sabitdir və həyatı təhlükələri yoxdur. Alim və bələdçi yüksək dərəcəli istiyə məruz qaldıqları üçün susuzlaşma yaşayıblar. Qeyd edək ki, Masaya vulkanı sonuncu dəfə 1772-ci ildə püskürüb. Vulkan bölgədə bir çox turist və tədqiqatçının populyar məkanlarından biri sayılır.

DİGƏR XƏBƏRLƏR

Top