“Fitch” Azərbaycanın reytinqinə yenidən baxıb

“Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini "BB+" investisiya səviyyəsində saxlayıb. Reytinq üzrə proqnoz "mənfidir".

Bu barədə agentliyin press-relizində bildirilir.

Neftdən əldə edilən yüksək gəlir sayəsində ölkədə dövlət borcunun aşağı olduğu vurğulanan açıqlamada, iqtisadiyyatın karbohidrogen sektorundan asılılığının yüksək, bank sektorunun isə zəif olduğu qeyd edilib.

Açıqlamada, Azərbaycanın reytinq mənzərəsinin mənfi olması ilə bağlı da makroiqtisadi və maliyyə sektordakı aktlar ilə əlaqədar olan risklərə və qeyri-müəyyənliklərə işarə edilib.

***

"Fitch" neft qiymətlərinin kəskin azalması fonunda Azərbaycanın cari vəməliyyatlar balansında kəsirin 2016-cı ilin yekunda ÜDM-in 2,9%-nə çatdığını və bunun "BB" kateqoriyalı olan ölkələrin orta göstəricisi ilə eyni səviyyədə olduğunu qeyd edir.

Agentlik bildirir ki, 2015-ci ildə manatın iki devalvasiyasının baş verməsinə baxmayaraq, qeyri-neft sektoru arta bilməyib və idxal dayanıqlılığını qoruyub saxlayıb. Azərbaycanın cari əməliyyatlar balansının neft qiymətlərinin artması fonunda yalnız 2018-ci ildə profisitlə tamamlanağı ehtimal edilir. Bununla yanaşı, Agentlik Azərbaycanın xammaldan asılılığının tezliklə azalacağını gözləmir. Buna səbəb kimi isə ortamüddətli perspektivdə Azərbaycanın qaz ixracının gözlənilən artması amili göstərilir. Report

DİGƏR XƏBƏRLƏR

Top