Dövlət başçıları və avtomobilləri... FOTOLAR

Məşhur şəxslərin həyat tərzi hər zaman insanların diqqət mərkəzində olub. Xüsusilə də dövlət başçılarının, ölkəni idarə edən şəxslərin həyatı insanlar üçün maraqlıdır. Hətta bir çox insan ölkənin birinci şəxsinə bənzəmək, onun etdiklərini etmək, onun istifadə etdiklərində istifadə etmək istəyir. Məhz insanların bu marağını nəzərə alaraq Qərb mediası dövlət başçılarının şəxsi həyatlarını, hətta onların yeyib-içdiklərini, geyimlərini belə tez-tez gündəmə gətirirlər. İnsanların, xüsusilə də avtomobil həvəskarlarının maraq dairəsində olan məqamlardan biri də dövlət başçılarının hansı avtomobillərdən istifadə etməsidir. Bu marağı nəzərə alaraq "Yeniavaz.az" bəzi ölkə başçılarının, o cümlədən də Azərbaycan Prezidenti İlham Əliyevin istifadə etdiyi xidməti avtomobilini təqdim edir.

- Almaniyanın Baş naziri Angela Merkel qiyməti 160 min 500 avro olan "Audi A8" avtomobildən istifadə edir. Bu avtomobil sifarişlə zirehli hazırlanıb. Eyni zamanda avtomobilin daxildə sifariş əsasında dəyişikliklər edilib.

- Fransa Prezidenti Fransua Olland xidməti avtomobil olaraq qiyməti 40 min 200 avro olan "Citroen DS5"-i (hibrid versiyası) seçib. Ənənəyə görə Fransanın yeni prezidentləri andiçmə mərasiminə limuzinlə gəlirlər. F. Olland bu ənənəni pozaraq mərasimə "Citroen DS5" ilə gəlib.

- ABŞ Prezidenti Barak Obamanın istifadə etdiyi və xüsusi sifarişlə hazırlanmış "Cadillac One" limuzinin dəqiq qiyməti bilinmir. Bu avtomobil "Təkərlər üzərində oval kabinet" adlandırılır. "Cadillac One" elə bir dəmir zirehə malikdir ki, bunun sayəsində sərnişini əl bombalarının, qaz bombalarının təsirindən qorumaq mümkündür. Avtomobilin salonunda isə hər cür əlaqə vasitəsdi mövcuddur və hətta burada ehtiyat qan da saxlanılır.

- Roma Papası XVI Benedikt nisbətən ucuz avtomobil modelindən, 15 min 600 avro dəyərində olan "Renault Kangoo Maxi Z.E."dan istifadə edir.

- Rusiya Prezidenti Vladimir Putin qiyməti təxminən 1 milyon dollar olan "Mercedes Pullman" avtomobilindən istifadə edir. Putinin xidmət avtomobili "Mercedes Pullman S600 Guard" 6 metr uzunluğundadır və maşının zirehi sərnişini əl və qaz bombalarından müdafiə edir.

- Azərbaycan Prezidenti İlham Əliyev rəsmi səfərlərdə zirehli «Maybach 62» limuzinindən istifadə edir. Zirehli «Maybach 62»nin başlanğıc qiyməti 352 min dollardır. Edilən sifarişlər, avtomobilin salonunda edilən dəyişiklik və dizayndan asılı olaraq qiyməti də artır.

DİGƏR XƏBƏRLƏR

Top