"Həftəyə bir kitab oxuyaq"

Bakı şəhəri 165 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə reallaşdırılan layihənin məqsədi şagirdlərin mütaliəyə diqqətinin cəlb olunması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi və kitaba olan marağın daha da artırılmasına nail olmaqdan ibarətdir. Layihənin təqdimat mərasimində bildirilib ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili, mütaliə vərdişlərinin formalaşdırılması və motivasiyanın artırılması üçün əlverişli şəraitin yaradılması mühüm amildir. Elə bu məqsədlə, təhsil nazirinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" əmrinə uyğun olaraq belə bir layihə gerçəkləşdirilir.

Tədris ilinin sonuna kimi davam edəcək layihə çərçivəsində şagirdlərin oxuduqları kitablar "Dəyirmi masa" arxasında təhlil olunacaq və yaxud inşa yazı işləri vasitəsilə dəyərləndiriləcək. Təhlil və müzakirələr hər həftə bir sinifdə təşkil olunacaq.

Məktəbdə şagirdlər tərəfindən oxunan əsərlərin müzakirəsinin keçirilməsi, mütaliə etdikləri kitablar barədə rəy və mülahizələrinin digər həmyaşıdları ilə paylaşmaları baxımından həyata keçirilən müvafiq təcrübənin digər ümumi təhsil müəssisələrində yayılması təşəbbüsü irəli sürülüb.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top