NASA ekzoplanetlərin sirrini açacağını vəd edib

NASA yaxın günlərdə ekzoplanetlərlə bağlı edilən kəşflər barədə mətbuat konfransı keçirəcəyini bəyan edib. "Yeniavaz.com"un Lenta.ru-ya istinadən verdiyi məlumata görə, NASA tərəfindən yayılan anonsda mətbuat konfransının kosmosun öyrənilməsi sahəsində mühüm hadisələrə həsr ediləcəyi bildirilir. Belə ehtimal edilir ki, NASA Günəş sistemindən kənarda həyat üçün əlverişli olan bir neçə ekzoplanetin tapıldığını bəyan edəcək. Xatırladaq ki, 2016-cı ilin iyul ayında ABŞ-ın aerokosmik agentliyi tərəfindən analoji mətbuat konfransı keçirilmişdi. O vaxt NASA əməkdaşı Ellen Stofan Günəş sistemindən kənarda 1280 ekzoplanet olduğunu və onların Kepler teleskopu vasitəsi ilə aşkar edildiyini söyləmişdi. Qeyd edək ki, NASA-nın yeni mətbuat konfransının fevralın 22-də Bakı vaxtı ilə 22-də keçiirləcək və NASA TV-də canlı yayımlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top