AÇG layihəsində xərclər azalıb

2016-cı il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 503 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 450 milyon dollar əsaslı məsrəflər xərclənib. “Yeniavaz.az” xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2015-ci ilin yekunları ilə müqayisədə ötən il ərzində AÇG layihəsində əməliyyat məsrəfləri 33,8% və ya 257 milyon dollar, əsaslı məsrəflər isə 23,68% və ya 450 milyon dollar azalıb.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%) və ONGC Videş Limited (OVL) (2,7%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top