Səudiyyə Ərəbistanı İranı Yəməndə hökumət əleyhdarlarına qanunsuz silah tədarük etməkdə və beynəlxalq terrorçuluğa maliyyə dəstəyi göstərməkdə ittiham edib. Bu bəyanatla ərəb ölkəsinin xarici işlər naziri Adil əl-Cubeyr çıxış edib. "Biz burada terrorçuluğun dövlət tərəfindən dəstəklənməsi ilə qarşılaşırıq", - deyə diplomat qeyd edib və bildirib ki, İran İŞİD-in regionda terror aktı törətmədiyi yeganə ölkədir, "sual yaranır – nə üçün?". O, həmçinin İranı öz davranış və prinsiplərini dəyişməyə çağırıb və belə ölkə ilə işləməyin çətin olacağını bildirib.Report