Mosulda 93 İŞİD terrorçusu öldürülüb

İraqın Daxili İşlər Nazirliyi fevralın 19-da Mosul şəhərinin qərb yamacında İŞİD terror qruplaşmasının mövqe və obyektlərinə endirilən aviazərbələrin kadrlarını yayıb. Ordu aviasiyasının komandanı, general-leytenant Həmid əl-Maliki İraq vertolyotlarının həyata keçirdiyi 22 uçuş nəticəsində 93 İŞİD terrorçusunun məhv edildiyini bildirib. İraq ordusu ABŞ-ın dəstəyi ilə fevralın 19-da İŞİD-i Mosuldan tam olaraq çıxarmaq üçün qurudan əməliyyatlara başlayıb.Report

DİGƏR XƏBƏRLƏR

Top