Netanyahu: Tramp əlimi sıxaraq "A new day" dedi

Prezident Donald Trampın hakimiyyətə gəlməsi ilə İsrail-ABŞ münasibətlərində “yeni yaxşı gün” başlayır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. O bu həftə Vaşinqtonda D. Trampla keçirdiyi görüşün yekunları üzrə danışarkən bildirib: “Qeyd etməliyəm ki, prezident Trampla görüşümüzün yekununda prezident əlimi sıxaraq dedi ki, İsrail və ABŞ arasında münasibətlərdə yeni gün başladı. O belə ifadə etdi: "A new day". Sizə deməliyəm ki, bu, yeni günün yaxşı olacağını vəd edir”. ABŞ-a səfirini tarixi adlandıran baş nazir qeyd edib: “Biz ikimiz də İran tərəfindən artan əsas təhdidi və müxtəlif sahələrdə İran aqressiyasına qarşı mübarizənin zəruriliyini görürük”.

DİGƏR XƏBƏRLƏR

Top