Rusiyadan yeni dağıdıcı silah: ilk təcrübə 3 il sonra olacaq

“S-500” zenit raket sisteminin ilk təcrübə nümunəsi 2020-ci ilədək hazır olacaq. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə nazirinin müavini Yuri Borisov deyib. Onun sözlərinə görə, bu sistem üzrə iş plana uyğun gedir: “2020-ci ilədək sistemin nümunəsini almağı güman edirik”.

Qeyd edək ki, S-500 hava və raket hücumlarından müdafiə zenit raket sistemlərinin işlənib hazırlanmasına 2002-2003-cü illərdə başlanılıb. “S-500” uzaq məsafələrdəki aerodinamik hədəflərə (təyyarələr, helikopterlər, digər hava hədəfləri) hipersəsli qanadlı raketlərə, aşağıorbitli peyklərə hücum etmək, eləcə də qitələrarası raketlərin hərbi blokları daxil olmaqla ballistik hədəflərlə mübarizə aparmaq üçün nəzərdə tutulub. “S-500”in atəş radiusu 600 kilometr təşkil edir. O, saniyədə 7 kilometr sürətlə uçan 10-dək ballistik səsdən sürətli hədəfləri, eləcə də hipersəsli raketlərin hərbi blokunu eyni anda aşkarlamağa və məhv etməyə qadirdir.

DİGƏR XƏBƏRLƏR

Top