ABŞ-da qaçqınların qəbulu üqzrə yeni göstərişlər hazırlanıb

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi immiqrasiya xidməti üçün yeni direktiv hazırlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeni direktivin məqsədi sığınacağın verilməsi prosesinin daha erkən mərhələsində imtina etmək yolu ilə deportasiyaların sayını artırmaqdır. Yeni direktivlər qaralama formasındadır və hələ yerli şöbələrə göndərilməyib. Yeni göstərişlərə əsasən, sığınacaq verilməsi məsələləri üzrə xidmətlərin əməkdaşları ərizə verənin vətənə qaytarıldığı zaman təqib ediləcəyinə dair əsaslı əndişələrinin olub-olmamasını müəyyənıləşdirmək üçün bütün zəruri məlumatları almağa nail olmalıdırlar.

Xatırladaq ki, D. Tramp yanvarın 27-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imzalamışdı. Onlardan biri qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur. D. Tramp, həmçinin İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkə ərazisinə buraxılmamasına dair fərman imzalayıb. Bundan sonra Sietl federal məhkəməsi ABŞ administrasiyasına D. Trampın imzaladığı miqrasiya məhduyyətləri haqqında fərmanın icrasını qismən dayandırmaq tapşırığı verib. Fevralın 5-də isə ABŞ-ın Apellyasiya məhkəməsi ölkənin Ədliyyə Nazirliyinin D.Trampın miqrasiya fərmanının dayandırılması haqqında məhkəmə qərarının ləğv edilməsi haqqında sorğusunu geri çevirib.

DİGƏR XƏBƏRLƏR

Top