İnsanların Marsa uçuşu 2020-ci ilə kimi təxirə salınıb

"SpaseX" şirkəti Marsa uçuşun 2018-ci ildə baş tutmayacağı barədə açıqlama verib. "Yeniavaz.com"un RBK agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata məlumatında adı çəkilən kompaniyanın prezidenti Qvinn Şotuell bildirib: "Biz Marsa uçuşu 2018-ci ildə həyata keçirmək istəyirdik. Ancaq məlum oldu ki, uçuşun baş tutması üçün daha böyük təcrübəyə malik olmaq lazımdır. Belə ki, ilk növbədə Marsa uçacaq heyət və Falcon Heavy raket daşıyıcısı ilə bağlı proqramın üzərində yenidən işləmək lazımdır".

Qeyd edək ki, Falcon Heavy raket daşyıcısı 2018-ci ildə pilotsuz uçuş poqramı çərçivəsində "Red Dragon" kapsulunu Marsa çatdırmalı idi. Bundan məqsəd RED Dragonun Marsa enmə funksiyasının sınaqdan çıxarılması idi. Amma araşdırmalar göstərib Red Dragon kapsulunda kosmonavtların daşınması üçün onun təkmilləşdirilməsinə ehtiyac var.

DİGƏR XƏBƏRLƏR

Top