Köhnə avtomobillərdən vergi tutulacaq

İngiltərənin paytaxtı Londonda atmosferə xeyli sayda zərərli maddələr buraxan köhnə avtomobillərə görə yeni vergi alınacaq. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Londonun meri Sadiq Xan deyib. Onun sözlərinə görə, verginin oktyabrda qüvvəyə minməsi gözlənilir və şəhərdə hava çirkliliyinin kritik səviyyəsi ilə mübarizə aparmağa hesablanıb: “T-charge” adlı yeni vergiyə əsasən, “Avro-4” ekoloji standartına uyğun olmayan və 2006-cı ilədək istehsal edilmiş avtomobillərin sahibləri gündə 10 funt-sterlinq ödəməli olacaqlar”. Vergi bazar ertəsindən cüməyədək səhər saat 07:00-dən axşam saat 18:00-dək alınacaq.

DİGƏR XƏBƏRLƏR

Top