"ABŞ NATO-ya ən yüksək səviyyədə dəstək verib və verəcək"

ABŞ-ın vitse prezidenti Mayk Pens Münhendəki Təlükəsizlik məsələləri konfransındakı çıxışında Vaşinqtonun öz müttəfiqlərini təhlükə qarşısında tək qoymayacağını söyləyib. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mayk Pensin bu açıqlaması ABŞ-ın NATO üzrə müttəfiqləri tərəfindən məmnunluqla qarşılanıb. Mayk Pens Vaşinqtonun NATO siyasətində hər hansı dəyişikliyin olmayacağını xüsusi vurğulayıb: "Sizin problemləriniz bizim də problemlərimiz, uğurlarınız bizim də uğurlarımızdır. Biz gələcəyə birlikdə gedirik. Prezident Tramp da söz verib ki, Avropa ilə dünən birgə olmuşuq, bu gün də birgəyik və sabah da bir yerdə olacağıq. ABŞ NATO-ya ən yüksək səviyyədə dəstək verib və verəcək".

DİGƏR XƏBƏRLƏR

Top