Qarabağda əsgərlərə hərbi andı rus dilində oxutdururlar - FOTOFAKT

Bu günlərdə qondarma Dağlıq Qarabağ respublikasında yerləşən hərbi hissələrin birində əsgərlərin andiçmə mərasimi təşkil edilib. Andiçmə mərasimində diqqət çəkən məqamlardan biri o olub ki, əsgərlərə hərbi andı öz dillərində - erməni dilində deyil, rus dilində oxutdurublar. "Yeniavaz.com" xəbər verir ki, əsgərlərin rus dilində and içmələrini sübut edən fotoşəkillər də yayılıb. Fotolardan aydın şəkildə görünür ki, hərbi andın yazıldığı və əsgərlərin əllərində tutduqları kitabçaların üzərindəki yazılar məhz rus dilində yazılıb. Bundan başqa "Qarabağ" əsgərlərinin geyindikləri hərbi formanın üzərində onların adları da rus dilində yazılıb. Təkcə bu faktın özü onu göstərir ki, "Dağlıq Qarabağ" nə qədər müstəqil respublikadır...

DİGƏR XƏBƏRLƏR

Top