İnternet istifadəçisi sayına görə ilk 10 ölkə

2015-ci ildə dünya əhalisinin 43 faizini təşkil edən internet istifadəçilərinin sayı 2020-ci ildə 60 faizə çatacağı gözlənilir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) statistik məlumatlarında deyilir. BTİ-nin məlumatında qeyd edilir ki, 1995-ci ildə dünya əhalisinin 1 faizi internet xidmətlərindən istifadə etdiyi halda, 2000-ci ildə bu rəqəm 7 faizə çatıb: “1989-cu ildə icad edilən internetə çıxışı olan insanların sayı 2015-ci ildə 3,2 milyarda çataraq dünya əhalisinin 43 faizini təşkil edib. Təxminlərə görə, 2020-ci ilədək internetə çıxış imkanı olan insanların sayı 4,1 milyarda çatacaq ki, bu da dünya əhalisinin 60 faizini təşkil edəcək”. İnterneti kəşf edən Tim Berners-Linin qurduğu “World Wide Web Foundation”ın statistkalarından istifadə etdiyi “internet live stats” adlı sayta əsasən, dünyada ən çox internet istifadəçisinin olduğu ilk 10 ölkə aşağıdakılardır: Çin (721,4 milyon), Hindistan (462,1 milyon), ABŞ (286,9 milyon), Braziliya (139,1 milyon), Yaponiya (115,1 milyon), Rusiya (102,2 milyon), Nigeriya (86,2 milyon), Almaniya (71 milyon), İngiltərə (60,2 milyon), Meksika (58 milyon).

DİGƏR XƏBƏRLƏR

Top