Ən çox satılan smartfonlar

2016-cı ildə dünya üzrə satılan smartfonların sayı 2015-ci illə müqayisəfə 5 faiz artaraq 1 milyard 495 milyon 358-ə çatıb. “Yeniavaz.com”un Türkiyə məbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Gartner” informasiya texnologiyaları araşdırma və konsultasiya şirkətinin hesabatında deyilir. 2015-ci ildə satılan smartfonların sayı 1 milyard 423 milyon 900 min ədəd olub. Ötən il ən çox “Samsung” smartfonları satılıb. Bu telefonların bazardakı payı 20,5 faiz olub ki, bu da 306 milyon 446 min 600 smartfonun satılması deməkdir. “Apple” 14,4 faiz bazar payı və 216 milyon 64 min satışla ikinci, “Huawei” isə 8,9 faiz bazar payı və 132 milyon 824 min 900 satışla üçüncü olub. Smartfonların əməliyyat sistemlərində isə “Android” və “iOS” ötən il daha çox populyar olub. Bu iki əməliyyat sistemlərinin baqzardakı ümumi payı 96,6 faizdir. Alıcıların 81,7 faizi “Android”, 17,9 faizi iOS, 0,3 faizi isə “Windows” sistemlərinə üstünlük verib.

DİGƏR XƏBƏRLƏR

Top