Çində dəmiryolu vağzalında nəzarəti "Robot-patrul" həyata keçirir

Çində ictimai qanun-qaydanın qorunması və ona nəzarət sahəsində robotdan istifadə edilməsi ilə bağlı ilk addım atılıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Xennan əyalətinin Çjenöjou şəhər dəmiryolu vağzalında gözləmə zalına nəzarətin həyata keçirilməsində Robot-patruldan istifadə edilməyə başlanıb. Robot-patrul gözləmə zalında insanın köməyi olmadan sərnişinlərin sifətini yaddaşında saxlamağı və zərurət yaranacağı halda onları tanımağı bacarır. Bundan əlavə Robot-patrul sərnişinlərin suallarına cavab verir, zalda havanın temperaturunu ölçür və yanğın təhlükəsi əmələ gələndə həyəcan siqnalı qaldırır. Robot-patrul bir həftə sınaqdan çıxarılacaq. Əgər bu müddət ərzində onun fəaliyyətində nöqsan aşkar edilməsə, onda Robot-patruldan gecə növbətçiliyində istifadə ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top