“Mançester Yunayted”in eks futbolçusu ABŞ-a buraxılmadı

“Mançester Yunayted” klubunun keçmiş futbolçusu Duayt York ABŞ prezidenti Donald Trampın imzaladığı miqrasiya fərmanlarına görə Amerikaya buraxılmayıb. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə,bu barədə britaniyalı şərhçi Riçard Kiz “Tvitter” səhifəsində yazıb. O bildirib: “Afərin, Donald Tramp. “Mançester Yunayted”in səfiri Duayt Yorkun pasportunda İran ştampı olması səbəbilə Mayami üzərindən tranzitinə imtina edilib”. D. Trampın fərmanı pasportunda İran ştampı olan əcnəbilərin ABŞ-da girişinin qadağan edilməsini nəzərdə tutmur, lakin ölkəyə giriş haqqında qərar sərhəd zabitinin ixtiyarına buraxılıb. Qeyd edək ki, Trinidad və Tobaqo yığmasının futbolçusu olan D. York “Mançester Yunayted”in heyətində 188 oyunda 64 qol vurub.

Xatırladaq ki, D. Tramp yanvarın 27-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imzalamışdı. Onlardan biri İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudandan olan qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur. D. Tramp, həmçinin İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkə ərazisinə buraxılmamasına dair fərman imzalayıb. Bundan sonra Sietl federal məhkəməsi ABŞ administrasiyasına D. Trampın imzaladığı miqrasiya məhduyyətləri haqqında fərmanın icrasını qismən dayandırmaq tapşırığı verib. Fevralın 5-də isə ABŞ-ın Apellyasiya məhkəməsi ölkənin Ədliyyə Nazirliyinin D.Trampın miqrasiya fərmanının dayandırılması haqqında məhkəmə qərarının ləğv edilməsi haqqında sorğusunu geri çevirib.

DİGƏR XƏBƏRLƏR

Top