Yanvarda 105,1 kq qızıl hasil olunub

Azərbaycanda bu ilin yanvar ayında 105,1 kq qızıl hasil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% azdır. Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari il fevralın 1-nə 21,9 kq hazır məhsul ehtiyatı yaranıb. Rəsmi statistikaya əsasən, gümüş hasilatında da azalma qeydə alınıb. Belə ki, hesabat ayında ölkədə gümüş istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4% azalaraq 21,9 kq təşkil edib. Fevralın 1-nə hazır məhsul ehtiyatı 8,7 kq olub. Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. report

DİGƏR XƏBƏRLƏR

Top