Qartallar dronları ovlayacaq

Fransada pilotsuz uçuş aparatlarına qarşı qartallardan istifadə ediləcək. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xüsusilə Fransa ordusu tərəfindən qarşıdakı aylar ərzində qartallardan dronlara qarşı istifadə ediləcək. Qartalların dronları özləri üçün ov obyektinə çevirmələri üçün ötən ildən quşlara təlimlər keçirilib. Hərbi hava məkanı, hava limanı və həbsxana kimi qadağan edilmiş ərazilərin ətrafında uçan dronlara qartallar hücum edəcəklər. Terrorçuların dronlar vasitəsilə terror aktı törətmələri ehtimalına qarşı da bu metoddan yararlanılacaq.

DİGƏR XƏBƏRLƏR

Top