Neft hasilatı azalıb, qaz hasilatı artıb


Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2017-ci ilin yanvar ayında 3,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% çox sənaye məhsulu istehsal edilb. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komtəsinin açıqladığı hesabatda qeyd olunur. Məlumatda qeyd olunur ki, sənaye məhsulunun 72,3%-i mədənçıxarma sektorunda, 22,3%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 4,2% azalıb, əmtəəlik qaz hasilatı isə 8,3% artıb.
Məlumatda həmçinin qeyd olunur ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13% artıb, neft sektorunda isə 1% azalıb.

DİGƏR XƏBƏRLƏR

Top