Futbol üzrə dünya çempionatı 4 ölkədə keçirilə bilər

FIFA prezidenti Canni İnfantino bəyan edib ki, 2026-cı ildə futbol üzrə dünya çempionatı 3-4 ölkədə keçirilə bilər. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, hər bir ölkə mundialın keçirilməsi üçün 3-5 stadion təqdim edə bilər. C. İnfantino bu addımın mundialı bir neçə ölkənin birgə keçirməsinə təşviq edilməsi üçün atıldığını qeyd edib: “Bu, bir-birinə yaxın dövlətər olmalıdır”. O əlavə edib ki, gələcəkdə ev sahibi ölkənin tikintisinə pul xərclədiyi arenanın çempionatdan sonra istifadə edilməməsinin qarşısını almağa çalışır.

Xatırladaq ki, FIFA yanvarın 10-da futbol üzrə dünya çempionatının final mərhələsində iştirakçıların sayını 32-dən 48 komandaya yüksəldib. Yeni format 2026-cı ildən qüvvəyə minəcək və hər birində üç komanda olmaqla 16 qrup üzrə oyunlar keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top