İtaliyadan sonra ən çox məhsul Tayvana satmışıq

2017-ci ilin yanvar ayı ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 83,6 milyon dollar (ümumi idxalın 18,6%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. 2017-cı ilin ilk ayı ərzində bu ölkələrdən müvafiq olaraq 64,5 milyon (ümumi idxalın 14,3%-i) və 52,8 milyon dollarlıq (11,7%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Almaniya (24,8 milyon dollar), ABŞ (23 milyon dollar), Böyük Britaniya (18 milyon dollar), İtaliya (17,7 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi 2017-cı ilin yanvar ayı ərzində də ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son bir ay ərzində bu ölkəyə 205 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 25,5%-i İtaliyanın payına düşüb. Bundan başqa Tayvana 108 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 13,5%-i). Həmçinin 62,9 milyon dollar dəyərində məhsul Türkiyəyə satılıb ki, bu da ötən ilin analoj dövrü ilə müqayisədə 3,7 dəfə çox olub. Belək ki, 2016-cı ilin yanvar ayının nəticəsinə görə Azərbaycandan Türkiyəyə 16,8 milyon dollar dəyərində məhsul satılıb. Nəticədə, Türkiyə son bir il ərzində ən çox məhsul satdığımız ölkələrin siyahısında 10-cü sıradan 3-cü sıraya yüksəlib. Portuqaliyaya 58,1 milyon dollar, Hindistana isə 56,1 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Kanada (44 milyon dollar), Fransa (37,8 milyon dollar), Çexiya (36,1 milyon dollar) və digər dövlətlər gəlir.

DİGƏR XƏBƏRLƏR

Top