Ötən ay siqaretdərman üçün 20,8 milyon dollar ödənilib

Bu ilin yanvar ayı ərzində ölkəyə 76,5 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 10,8 milyon dolları buğdanın, 11,4 milyonu meyvə-tərəvəzin, 12,3 milyon dolları şəkərin, 2,3 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, 2016-cı ilin yanvar ayı ilə müqayisədə buğda idxalı 3,2 dəfə, şəkər idxalı 37,3% artıb, meyvə-tərəvəzin idxalı isə 7,7% azalıb. Həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin ilk ayı ərzində müvafiq olaraq 7,4 və 13,4 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məmulatların idxalı dəyər ifadəsində 36,2%, əczaçılıq məhsullarının idxalı isə dəyər ifadəsində 2,6% artıb.

DİGƏR XƏBƏRLƏR

Top