Yanvarda təbii qazın ixracı kəskin artıb

Əvvəlki aylarda olduğu kimi 2017-ci ilin yanvar ayında da xarici ölkələrə ən çox xam neft idxal olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 663,7 milyon dollar dəyərində 1,65 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 82,5%-ni təşkil edib. Qeyd edək ki, 2016-cı ilin yanvar ayında bu məhsulun ümumi ixracdakı payı 83,3% olub. Eyni zamanda 2016-cı ilin yanvar ayı ilə müqayisədə xam neftin ixracı dəyər ifadəsində 21,3% artıb, miqdar ifadəsində isə 16,9% azalıb.

Xam neftdən sonra xarici ölkələrə ən çox təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 26,9 milyon dollar təşkil edib. 2016-cı ilin yanvar ayı ilə müqayisədə təbii qazın ixracı dha çox - 16 dəfə artıb. Təbii qazla bərabər xarici ölkələrə neft məhsulları da ixrac edilib ki, onu da dəyəri 21,6 milyon dollara bərabər olub. Neft məhsullarının ixracı isə əksinə azalıb. 2016-cı ilin ilk ayı ilə müqayisdə neft məhsullarının ixracı 30,6 % aşağı düşüb.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. 2017-ci ilin ilk ayı ərzində xarici ölkələrə 24 milyon dollar dəyərində meyvə-tərəvəz, 9,5 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 12,2 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 5 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 1,4 milyon dollarlıq şəkər, 2,6 milyon dollarlıq kimya sinayesi məhsulları, 1,4 milyon dollarlıq elektrik enerjisi, 1 milyon dollarlıq pambıq iplik satılıb.

DİGƏR XƏBƏRLƏR

Top