Avtomobil idxalında artım qeydə alınıb

Cari ilin yanvar ayı ərzində Azərbaycana 469 ədəd avtomobil idxal olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bu rəqəm 2016-cı ilin yanvar ayı ilə müqayisədə 32 ədəd yaxud 7,3% çoxdur. Hesabat dövründə avtomobil idxalının 89,5%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Belə ki, 2017-ci ilin yanvar ayı ərzində bu nəqliyyat vasitələri üzrə 420 ədəd idxal qeydə alınıb ki, bu da 2016-cı ilin ilk ayı ilə müqayisədə 4,74% yaxud da 19 ədəd çoxdur. Hesabat dövründə 41 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 15 ədəd yaxud da 57,7% çoxdur. Bunlardan başqa ay ərzində 5 ədəd xüsusi təyinatlı motorluq nəqliyyat vasitələri, 3 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub.

DİGƏR XƏBƏRLƏR

Top