Ronaldo bu siyahıda birincidir

Madrid “Real”ının forvardı Kriştiano Ronaldo Çempionlar Liqası turnirində məhsuldar ötürmələrin sayına görə birinci yerə çıxıb. “Yeniavaz.com”un xarici mətbauta istinadən verdiyi məlumata görə, ötən gün turnirin 1/8 final mərhələsinin ilk matçında evdə “Napoli”ni 3:1 hesabı ilə məğlub edən “Real”ın heyətində hücumçu komanda yoldaşı Toni Krossa məhsuldar ötürmə verib. Bu, portuqaliyalı hücumçu üçün Çempionlar Liqası karyerası ərzində 31-ci məhsuldar ötürmə olub. Bununla da K. Ronaldo bu siyahıda “Mançester Yunayted”in keçmiş oyunçusu Rayan Giqqzi (30 ötürmə) qabaqlayıb. Siyahının üçüncüsü 24 məhsuldar ötürmə vermiş “Barselona”nın forvardı Lionel Messidir. Dördüncü və beşinci yerləri müvafiq olaraq “Arsenal”ın yarımmüdafiəçisi Məsud Özil və “Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç (hər biri 22 ötürmə) tuturlar.

DİGƏR XƏBƏRLƏR

Top