Həkimlər iranlı cərrahın xəstənin qarnında unutduğu cismi çıxarıblar-Bakıda

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında maraqlı əməliyyat icra olunub. ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürülən Azərbaycan vətəndaşının halı pisləşib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən xəstənin yarasının sağalmadığı müşahidə edilib. Məlumata görə, Düşənbədə həkimlər xəstəyə şəkərli diabetdən əziyyət çəkdiyini də bildiriblər. Müayinə nəticəsində xəstəyə düzgün diaqnoz qoyulmadığı aydınlaşıb. Kompüter tomoqrafiya müayinəsi zamanı radioloq, dosent Rasim Bayramov xəstənin qarnında irinləmə və yad cisim aşkarlayıb. Xəstə dərhal professor Mübariz Əliyev tərəfindən əməliyyat olunub. Məlumata görə, əməliyyat uğurla nəticələnib, hazırda xəstənin vəziyyəti stabildir.

DİGƏR XƏBƏRLƏR

Top