Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasında fasilə başa çatır. Çempionlar Liqasının ardından qitənin ikinci klub turnirində mübarizə 1/16 final mərhələsinin ilk oyunları ilə davam etdiriləcək. Cari mövsümdə yarışın qrup mərhələsində çıxış edən Azərbaycanın “Qarabağ” və “Qəbələ” klubları 1/16 finala vəsiqə qazana bilməsələr də, Türkiyənin 3 təmsilçisi – “Fənərbaxça”, “Beşiktaş” və “Osmanlıspor” buna müvəffəq olan 32 komanda arasındadır.
“Fənərbaxça” və “Osmanlıspor”un oyunları bir qədər tez, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İstanbul təmsilçisi Rusiyada “Krasnodar”ın qonağı olacağı halda, Ankara komandası Yunanıstanda “Olimpiakos”la üz-üzə gələcək.


Çempionlar Liqası ilə vidalaşan və yoluna Avropa Liqasında davam edən “Beşiktaş” da ilk oyununu səfərdə keçirəcək. İstanbul təmsilçisi İsraildə “Hapoel” ilə görüşəcək. Qrup mərhələsində Azərbaycan təmsilçilərinə rəqib olmuş komandaların oyunları da maraq doğurur. J qrupunda “Qarabağ”ı qabaqlayan “Fiorentina” və PAOK komandalarının rəqibləri Almaniya təmsilçiləridir. Florensiyalılar Münhenqladbax “Borussiya”sının qonağı olacaq. Saloniki komandası isə “Şalke”ni qəbul edəcək. “Qəbələ”nin keçmiş rəqiblərinə gəlincə, “Sent-Etyenn”i İngiltərədə “Mançester Yunayted”lə çətin sınaq gözləyir. “Anderlext” isə Rusiyanın “Zenit” komandasını qəbul edəcək.


UEFA Avropa Liqası
1/16 final mərhələsi, ilk oyunlar


16 fevral
20:00. “Krasnodar” (Rusiya) – “Fənərbaxça” (Türkiyə)
22:00. “Astra” (Rumıniya) – “Genk” (Belçika)
22:00. “Alkmaar” (Hollandiya) – “Olimpik” (Lion, Fransa)
22:00. “Borussiya” (Münhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya)
22:00. “Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna)
22:00. “Rostov” (Rusiya) – “Sparta” (Çexiya)
22:00 “Gent” (Belçika) – “Tottenhem” (İngiltərə)
22:00. “Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka)
22:00. “Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə)
00:05. “Anderlext” (Belçika) – “Zenit” (Rusiya)
00:05. “Atletik” (İspaniya) – APOEL (Kipr)
00:05. “Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə)
00:05. “Legiya” (Polşa) – “Ayaks” (Hollandiya)
00:05. “Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa)
00:05. PAOK (Yunanıstan) – “Şalke” (Almaniya)
00:05. “Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya)

Report

DİGƏR XƏBƏRLƏR

Top