40-dan çox futbolçu saç düzümünə görə cərimələnib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) futbol liqasında çıxış edən 40-dan çox legioner oyunçu “qeyri-etik saç düzümünə” görə cərimələnib. “Yeniavaz.com”un “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, cərimələnənlər arasında tanınmış qanalı hücumçu Asamoa Qayan da var. A. Qyanı “Əl-Əhli” klubu Çinin “Şanxay SİPQ”dən icarəyə götürüb. BƏƏ-nin futbol assosiasiyası klublara cərimələrlə bağlı xəbərdarlıq məktubları göndərib. Ölkənin futbol assosiasiyası oyunçuların saç düzümlərinin İslam normalarına uyğun gəlib-gəlmədiyinə nəzarət edir. BƏƏ-də yarımçıq qırxılmış saç düzümləri alqışlanmır.

DİGƏR XƏBƏRLƏR

Top