Dünyada ilk dəfə uçan taksilər istifadəyə veriləcək


Dünyada ilk dəfə uçan taksilər istifadəyə veriləcək. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri uçan taksilərin istifadəyə veriləcəyi ilk şəhər olacaq. Uçan taksilərin iyulda istifadəyə veriləcəyi gözlənilir. Çin Beynəlxalq Radiosundan verilən məlumata görə, sürücüsüz olacaq olan uçan taksilər Çinin “EHang” şirkəti tərəfindən istehsal olunacaq. Bildirilib ki, “EHang 184” sürücüsüz uçan taksilər hazırda sınaq mərhələsindədir. Sürücüsüz taksilər üzərindəki naviqasiya sistemi vasitəsilə 100 kiloqram ağırlığa qədər bir sərnişini aşağı hündürlüklə təxmini 30 dəqiqə boyu daşıya biləcək. Taksiləri Smartfon telefon tətbiqetmələri ilə çağırmaq mümkün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top