"Nokia 3310"un həsrətində olanlara şad xəbər

“Nokia 3310” klassik telefonunun yeni versiyası fevralda təqdim olunacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeni versiyanı “Nokia” brendli mobil telefonların buraxılışı hüququna malik Finlandiyanın “HMD Global” şirkəti təqdim edəcək. Telefonun yeni versiyası 59 avroya satılacaq. “Nokia 3310”un nostalgiyası ilə yaşayanlar yeni versiyanı ikinci telefon kimi istifadə edə biləcəklər. İlk dəfə 2000-ci ildə satışa çıxarılan bu telefonlar enerji yığmadan uzun müddət işləyəcək və praktiki olaraq zəif yeri olmayan korpusla təmin ediləcək. Telefon fevralın 27-dən martın 2-dək Barselonada keçiriləcək “Mobile World Congress”də təqdim olunacaq. HMD, həmçinin “Nokia”nın 3,5 və 6 model aparatlarını da təqdim edəcək.

DİGƏR XƏBƏRLƏR

Top