Bakıda bu gün köçkün ailəsində faciə yaşanıb FOTOLAR

Bu gün Bakının Binəqədi rayonunda 2 aylıq körpənin ölümü ilə nəticələnən dəhşətli hadisə ilə bağlı yeni məqamlar üzə çıxıb. Lent.az-ın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, Binəqədi rayonunda 3-ü mədən adlanan ərazidə yaşayan ailə hadisənin baş verdiyi evdə kirayədə qalırmış. Hadisənin baş verdiyi evin yaxın ətrafında demək olar ki, qonşu yoxdur. Ən yaxın evlər bir neçə yüz metr uzaqlıqda yerləşir.

Yanaraq ölən Cabbar Cəfərov cəmi 2 aylıq imiş. O, ötən ilin dekabrında doğulubmuş.

Hadisə baş verən anda isə evdə körpə Cabbardan savayı, heç kim yox imiş. Məlum olub ki, 4 uşaqlı ailənin sonuncu övladı olan Cabbarın anası digər uşaqları məktəbdən gətirməyə gedibmiş. Evdə heç kimin olmadığı anda isə bu dəhşətli yanğın hadisəsi baş verib.

Yanğının baş vermə səbəbinə gəlincə, əldə etdiyimiz məlumata görə, hadisə baş verən evdə həm odun, həm də elektrik sobası olub. Yanğının konkret hansı səbəbdən baş verdiyi araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top