"Mənim 60-cılar nəslim"

Səməd Vurğunun ev-muzeyində "Mənim 60-cılar nəslim" adlı tədbir keçirilib. Qonaqlar əvvəlcə muzeydə yeni yaradılan ekspozisiya ilə tanış olublar. Ötən əsrin 60-cı illərinə həsr edilən ekspozisiyada həmin dövrün görkəmli nümayəndələrinin portretləri, xalq rəssamı Səttar Bəhlulzadənin tablosu, xalq şairi Vaqif Səmədoğlunun çəkdiyi rəsmlər, 60-cı illərdə yazdığı "Samizdat" adı ilə çıxan şeirləri, habelə o illərdə dəbdə olan məişət əşyaları nümayiş etdirilir. Qeyd edək ki, ekspozisiyanın müəllifi rəssam Afaq Kərimovadır.

Muzeyin direktoru Nüşabə Vəkilova bildirib ki, belə bir tədbirin tədbirin məhz Səməd Vurğunun ev-muzeyində keçirilməsi heç də təsadüfi deyil, çünki 60-cılar nəslinin ən parlaq nümayəndələrindən olan Yusif və Vaqif Səmədoğlular bu evdə həmfikirləri, dostları olan Anar, Araz Dadaşzadə, Emin Sabitoğlu, Vaqif Mustafazadə, İntiqam Qasımzadə və başqaları ilə fikir mübadiləsi aparıblar.

Tədbirdə 60-cılar nəslinin nümayəndələri - Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, tarix elmləri doktoru Dilarə Seyidzadə, kinorejissor, xalq artisti Oqtay Mirqasımov, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə və yazıçı-dramaturq Aqşin Babayev o illərlə bağlı acılı-şirinli xatirələrini bölüşüblər.

DİGƏR XƏBƏRLƏR

Top