Valideynlərindən xəbərsiz Qaxa getdi, başına iş gəldi

Valideynlərindən xəbərsiz Bakıdan Qaxa gedən 21 yaşlı qız yolda dərmandan zəhərlənib. "Yeniavaz.com"un məlumatına görə dünən axşam saat 19:00 radələrində Bakı şəhər sakini, 21 yaşlı Nigar Oruc qızı Qasımova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, Nigar Qasımova dərmandan zəhərlənib. Nigar Qasımovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. Araşdırma zamanı o da məlum olub ki, Nigar Qasımova axşam saatlarında Bakı-Qax marşutu ilə hərəkət edən sərnişin avtobusuyla Qaxa gələrkən yolda onun vəziyyəti pisləşib. Nigar Qasımova ilk öncə Qax rayon Əlibəyli kənd xəstəxanasına aparılıb. Daha sonra o, Qax MRX-a gətirilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, aparılan ilkin araşdırma zamanı məlum olub ki, Bakı şəhər sakini olan Nigar Qasımova valideyinlərindən xəbərsiz sərnişin avtobusu ilə Bakıdan Qaxa gələrkən hələki istintaqa məlum olmayan səbəbdən yolda bir-neçə dərman həbi qəbul edib.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Ruslan Abdulov Qax

DİGƏR XƏBƏRLƏR

Top