Əməkdar artist vəfat edib

Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artist Kübra Dadaşova vəfat edib.

Teatrdan verilən məlumata görə, aktrisa bu gün axşam saatlarında dünyasını dəyişib.

Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Əməkdar artist K.Dadaşova sabah dəfn olunacaq.

Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb . 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.APA

DİGƏR XƏBƏRLƏR

Top