Bakıda qadının çantasını əlindən alıb qaçan oğru tutuldu

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Kənd Əhmədli qəsəbəsində yerləşən “Home” marketin qarşısında Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Samirə Səmədovaya məxsus əl çantasını oğurlayıb qaçmaq istəyən 1989-cu il təvəllüdlü Hüseynov Nicat Fərqəçi oğlu çox uzağa gedə bilmədən tutulub. Çantada 1 ədəd “İPHONE” markalı, 1 ədəd ”LG” markalı mobil telefon və 55 manat pul olub. N.Hüseynov mühafizə polisi tərəfindən yaxalanaraq ərazi üzrə 34-cü Polis Bölməsinə təhvil verilib. Faktla bağlı Xətai RPİ-nin 34-cü PB-də araşdırma aparılır. lent.az

DİGƏR XƏBƏRLƏR

Top