“Böyük Dəbilqə”də daha 3 idmançımız mübarizəyə qoşulacaq

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci günündə daha 3 idmançımız mübarizəyə qoşulacaq. 100 kq çəki dərəcəsində Elmar Qasımov və Elxan Məmmədov, 100+ çəkidə isə Uşanqi Kokouri medallar uğrunda yarışacaq.

Kişilər

100 kq

Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov mübarizəyə portuqaliyalı Xorxe Fonseka ilə start verəcək.

Eks dünya çempionu Elxan Məmmədov isə ilk olaraq Sedrik Olivar (Fransa) – Kentaro İda (Yaponiya) cütünün qalibi ilə qarşılaşacaq.

+100 kq

Uşanqi Kokouri startda koreyalı Kim Kyontae ilə üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR

Top