“Gələcəyimizə sağlam təbəssüm” adlı stomatoloji aksiya keçirilib

“Sağlamlıq Naminə Təbiblər” ictimai birliyi və “Pearl Dent” stomatoloji klinikasının birgə layihəsi ilə 9 fevral dünyada qəbul olunan “beynəlxalq stomatoloq günü” nə həsr olunmuş stomatoloji aksiya keçirilib. Aksiyada “Gələcəyimizə sağlam təbəssüm ” şüarı ilə “Banu” məktəbəqədər inkişaf mərkəzinin 80 nəfərə yaxın uşaqları iştirak edib. Stomatoloqlar tərəfindən uşaqların hər birinə, onların anlaya biləcəyi formada dişlərə qulluq və ağız gigiyenası haqqında məlumat verilib. Müayinə nəticəsində aşkarlanan hallar barədə qeydlər yazılıb. Bundan başqa, dişlərə qulluq üçün vasitələr, diş təmizliyinə nəzarət məqsədilə nağıl qəhrəmanlarının təsviri olan şəkilli cədvəl, “cəsurluq ” sertifikatı və digər hədiyyələr verilib. Müayinə aparan stomatoloqların qənaətinə görə, belə aksiyaların keçirilməsinin məqsədi gələcək nəslin daha sağlam böyüməsi üçün onlara dəstək olmaqdır. Bu baxımdan müşahidələrə əsasən uşaqlarda süd dişlərinin vaxtından əvvəl çəkilməsi, süd dişlərinin çürüməsi və iltihablaşması, çənə əyriliyi, diş qüsurları hallarına rast gəlinir. Bu hallar aşkar edilib valideynlərə bildirilir. Bəzi uşaqlarda həkimə qarşı fobiya formalaşladığı valideynlərin diqqətinə çatdırılıb. Buna səbəb, bəzi valideynlərin müxtəlif səbəblərə görə övladlarını psixoloji olaraq həkimlə qorxutmalarıdır.

DİGƏR XƏBƏRLƏR

Top