Metroda təmizlik işinə baxan işçi bir ildə 271 min dollar qazanıb

"Transparent California" təşkilatının araşdırmasına görə, ABŞ-ın San-Fransisko şəhər metrosunda təmizlik işinə baxan işçinin bir illik qazancı 271 min 243 dollar təşkil edib. "Yeniavaz.com"un "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, San-Fransiskoda metrosunun Pauell-strit stansiyasında təmizlik işlərilə məşğul olan Lyan Çjao Çjanın 2015-ci ildə əmək haqqısı 58 min dollar olub. Bundan əlavə o 162 min dollar da işdən əlavə işə çıxmaya görə qazanıb. Nəticədə mükafat və bonusları da əlavə etməklə Lyan Çjao Çjanın bir illik qazancı 271 min 243 dollar təşkil edib. "Transparent California" təşkilatının arşadırması zamanı Çjanın gündə 17 saat işlədiyi məlum olub. San-Fransiskonun sərnişin daşımaları üzrə sürətli qatarlar sisteminin direktoru Roy Aqilera öz növbəsində bildirib ki, Çjan ona tapşırılan işin öhdəsindən peşəkarcasına gəlib və ona görə də əməyinə görə layiq olduğu əmək haqqını alıb.

DİGƏR XƏBƏRLƏR

Top