"Facebook"da ən çox "bəyəni"lən Supermarketlər... İNFOQRAFİKA

Son illər Azərbaycanda sosial şəbəkələrdən, xüsusilə də "Facebook"dan istifadə edən insanların sayı sürətlə artmaqdadır. "Yeniavaz.com" İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (İnternet World Stats - İWS) açıqladığı sonuncu hesabata istinadən bildirir ki, Azərbaycanda "Facebook"dan istifadə edənlərin sayı 1 milyon 800 min nəfərdən çoxdur. Bəs görəsən, bu qədər geniş auditoriyası olan bir şəbəkədən ölkədə fəaliyyət göstərən şirkətlər necə bəhrələnir? Apardığımız araşdırma göstərir ki, yerli şirkətlərin əksəriyyəti geniş reklam imkanlarının olduğu "Facebook" sosial şəbəkəsin tam şəkilədə faydalana bilmirlər. Heç kimə sirr deyil ki, hazırda Azərbaycanda ən ciddi rəqabət pərakəndə ticarət sektorunda fəaliyyət göstərən supermarketlər arasında gedir. Elə bu səbəbdən də ölkədə fəaliyyət göstərən aparıcı supermarketlərin "Facebook" sosial şəbəkəsindən istifadə vəziyyətini araşdırmaq qərarına gəldik. Apardığımız araşdırma göstərir ki, bəzi supermarketlər sosial şəbəkələrdən aktiv, bəziləri isə zəif istifadə edirlər. Hətta bəzi marketlər bu qədər geniş istifadə olunan bir şəbəkənin faydalarından ümumiyyətlə istifadə etmir. Hazırda əksər supermarketlərin "Facebook" sosial şəbəkəsində səhifələri mövcuddur. "Facebook"da səhifələrin əsas göstəricisi onların "bəyəni" sayı hesab olunduğu üçün biz də supermarketlərin sosial şəbəkədəki "bəyəni"lərini nəzər saldıq. Ən çox "bəyəni" sayına malik olan supermarket "Rahat" marketdir. Bu supermarketlər şəbəkəsinin "Facebook"dakı səhifəsi 102 mindən çox istifadəçi tərəfindən bəyənilir. İkinci sırada qərarlaşan "Bazarstore"nin "bəyəni" sayı 45 mindən bir qədər çoxdur. Üçüncü sırada isə "Favorit" market yer alıb - 36 min "bəyəni". Bunlardan başqa "Neptun" market 29 min "bəyəni"yə, "Fresco" və "Makromart" marketlərin hər biri 26 min, "Araz" market 18 min, "Grandmart" 16 min, "MegaStore" 13 min, "Bizim" market 8 min, "Səbət" market 4 min, "BolMart" market isə cəmi 1200 "bəyəni"yə sahibdirlər. Supermarketlər təkə "bəyəni" saylarına görə deyil, eyni zamanda səhifələrinə yerləşdirdikləri məlumatların "təzəliyinə" görə də bir-birindən fərqli nəticələr nümayiş etdirirlər. Bəzi marketlərin səhifələrinə gündəlik olaraq yeni məlumatlar daxil edildiyi halda, bəziləri səhifəyə bir aydan çoxdur məlumat daxil etmir. Məsələn, "Neptun", "Araz", "Bazarstore", "Grandmart" son məlumatı dünən - fevral ayının 4-də səhifəyə yerləşdirdiyi halda, "Səbət" marketin sonuncu məlumatı ötən ilin dekabr ayının 26-da, "Bizim" marketin məlumatı isə dekabrın 28-də yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top