Əhalinin sayı hansı ölkədə daha çox artıb? - İNFOQRAFİKA

Son 23 il ərzində - 1992-2015-ci illərdə Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında əhalinin sayı ən çox Moldovada azalıb, ən çox artım isə Türkmənistanda qeydə alınıb. "Yeniavaz.com" xəbər verir ki, son 23 ildə Moldovada əhalinin sayı 18,2% azalaraq 4,4 milyon nəfərdən 3,6 milyon nəfərə düşüb. Türkmənistanda isə əhalinin sayı 23 il ərzində 57,5% artaraq 4 milyondan 6,3 milyon nəfərə çatıb.

Qeyd edək ki, əhalinin sayının azalması Birliyə daxil olan qeyri-müsəlman respublikalarında müşahidə olunur. 1992-2015-ci illərdə əhalinin sayı Rusiyada 1,5%, Belarusda 6,8%, Ukraynada 17,2%, Ermənistanda isə 16,6% azalıb. Azərbaycan da daxil olmaqla Birliyin digər müsəlman respublikalarda əhalinin sayında artım baş verib. 1992-2015-ci illər ərzində Azərbaycanda əhalinin sayı 31,5% və ya 2,9 milyon nəfər artaraq 7,3 milyon nəfərdən 9,6 milyon nəfərə yüksəlib. Əhalinin sayı Tacikistanda 52,7%, Özbəkistanda 46,9%, Qırğızıstanda 31,1%, Qazaxıstanda isə 5,4% artıb.

DİGƏR XƏBƏRLƏR

Top