Avtomobilinin “zerkalnı” nömrəsinə 8 milyon dollardan çox pul ödədi

Birləşmiş Ərəb Əmirliklərindən olan biznesmen Əbu Dabidə keçirilən hərracda avtomobil üçün eksklüziv qeydiyyata alınmış “1” nömrə nişanını 8,45 milyon dollara alıb. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 32 yaşlı biznesmen Abdullah əl-Mahri bu nömrəyə görə istənilən məbləği ödəmək istədiyini bildirib. O bildirib: “Ən unikal nömrələri ən yüksək məbləğə almaq üçün belə hərraclara tez-tez gedirəm”. Ümumilikdə hərracda ümumi dəyəri 26,9 milyon dollar olan avtomobil nömrələri satlıb. Birləşmiş Ərəb Əmirliklərindən olan daha iki biznesmen isə “7” və “50” nömrələrini müvafiq olaraq 3,65 milyon dollar və 1,85 milyon dollara alıblar.

DİGƏR XƏBƏRLƏR

Top