Anasını xərçəngdən xilas etdi, özü xərçəngə düçar oldu

Bu yazımızda anası xərçəng xəstəsi olduğundan, ona dəstək olmaq üçün oxuduğu universitetdə təhsilini donduran gənc qızdan bəhs edəcəyik. Türkiyədə İstanbul Nişantaşı Universitetinin Sosial Xidmətlər fakültəsinin tələbəsi, Afra Rabia Dəmirəlin anası 2015-ci ildə “süd vəzi xərçəngi” xəstəliyinə tutulur. Həmin vaxtlar 1-ci kursda oxuyan Rabia xəstəlik dönəmində hər an anasının yanında qalıb. Gənc qızın anası 1 il xərçənglə mübarizə apararaq xəstəliyə qalib gəlib. Gənc qız bildirib ki, 1 il anasının yanında olduğu müddətdə özü qripə tutulub. Ancaq, 3 ay keçməsinə baxmayaraq sağalmayıb. Həkimə müraciət edib və qıza farengit diaqnozu qoyulub. Bir müddət müalicə olunsa da müsbət nəticə olmayıb. Hətta bədənində çiban kimi qırmızı ləkələr çıxıb. Getdikcə yaralar daha çox artdıqda, qız anasından xəbərsiz müayinə olunub və özünün ilik xərçəngi olduğunu öyrənib. Gənc qız bu xəbərdən olduqca sarsılıb. Xərçəng olduğunu öyrənəndə şok yaşadığını bildirən Rabianın sözlərinə görə, həkim ona yalnız kimya terapiyası ilə müalicə olunacağını deyib: “Bu isə mənim üçün daha ağır oldu. Çünki, mən Universitetə başlamaq üçün qeydiyyatdan keçmişdim. Dərslərə başlamalı idim, amma müalicə olunmalıyam”.

Gənc qız xəstəxanaya yatırılıb. Bununla belə ruhdan düşməyən Rabia Dəmirəl digər xəstələrə də ümid olub. Ona uyğun gələn iliyin tapılacağına inanan xanım, ilik gözləyən bir çox xəstəyə dəstək olub: “Mən onların da ümidlı olmasını istəyirəm. Türkiyədə olan 180 min donor sayının artmasını istəyirəm. Mənim 22 yaşım var, amma bu xəstəlikdən əziyyət çəkən körpələri və yaşlı insanları düşünün. Gəlin birlikdə onlara ümid işığı və donor olaq”. Beləliklə Rabia dostlarının yardımı ilə xəstəxanada kampaniya başladıb və “İnstagram”da “Ümid ol, qan ver” səhifəsini açıb.

Rabianın anası isə “Qızımın xəstə olduğunu biləndə çox pis oldum, amma çox şükür indi yaxşıdır. Onun ən böyük məqsədi kimsəsiz uşaqlara kömək etməkdir. İnşallah daha yaxşı olub, onlara kömək olacaq, eyni zamanda ilik xərçəngi xəstələrinə də işıq olacaq”,-deyib.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top