Rusiyada 1 milyon insan köçürüləcək

Rusiyada “1 yanvar 2012-ci il tarixinədək qəzalı sayılan mənzillərdən köçürülmə proqramı” bu il başa çatacaq. Ümumilikdə 1milyona yaxın insanın köçürülməsi planlaşdırılır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının Mənzil siyasəti və mənzil-kommunal təsərrüfatı komitəsinin birinci müavini Aleksandr Sidyakin deyib. Onun sözlərinə görə, cari il 1 yanvar 2012-ci il tarixinədək qəzalı sayılan mənzillərin köçürülməsi üzrə əsas il olacaq: “Bu, unikal proqramdır, biz artıq 400 min insanı köçürmüşük, bu, İslandiya kimi ölkənin əhalisinə bərabərdir. Bu il bu proqram başa çatacaq”. A. Sidyakin qeyd edib ki, bu, dünyada analoqu olmayan unikal eksperimentdir.

DİGƏR XƏBƏRLƏR

Top