Rusiya iki olimpiadadan kənarda qala bilər

Rusiya Pxyonçxan və Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirakdan uzaqlaşdırıla bilər. “Yeniavaz.com”un “Zvezda” telekanalına istinadən verdiyi məlumata görə, bunu Almaniyanın Olimpiya Komitəsinin rəhbəri Alfons Hermann deyib. Onun sözlərinə görə, əgər Rusiya Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin nizamnaməsini pozubsa, Rusiya qarşıdakı iki olimpiadadan kənarda qala bilər. Qeyd edək ki. 2018-ci ildə Cənubi Koreyanın Pxyonçxan şəhərində Qış Olimpiya Oyunları, 2020-ci ildə isə Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunları təşkil ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top