Ərdoğan: Trampın Yaxın Şərqlə bağlı bəzi ifadələri narahat doğurur

ABŞ prezidenti Donald Trampın Yaxın Şərqlə bağlı bəzi ifadələri narahat doğurur. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Afika ölkələrinə səfəri ərəfəsində keçirdiyi mətbuat konfransında deyib. D. Trampın açıqlamalarını diqqətlə izlədiklərini qeyd edən prezident onun körpülər, dəmir yollarından daha çox Yaxın Şərq regionu ilə bağlı fikirlərilə maraqlandıqlarını bildirib: “Biz ərazi bütövlüyünə hörmət edilən Yaxın Şərq regionunu dəstəkləyirik. Parçalanmış Yaxın Şərqi qətiyyən düşünmürük və bu, doğru olmaz. Bu, ilk növbədə həmin regionun xalqlarına qarşı hörmətsizlik olar”. R. T. Ərdoğan Yaxın Şərqin ən güclü və həlledici ölkəsinin Türkiyə olduğunu vurğulayıb: “Yaxın Şərq ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayanlar bu regiona bağlı tarixi səhvə gedərək qərar verərlərsə, bu, dünya üçün məqsədəuyğun olmaz”.

DİGƏR XƏBƏRLƏR

Top