Runi 1 qolla 2 rekord müəyyənləşdirdi

“Mançester Yunayted”in forvardı Ueyn Runi İngiltərə Premyer Liqasının 22-ci turunda “Stok Siti”yə (1:1) qarşı vurduğu qol sayəsində çempionatın səfər oyunlarında ən çox qol vurmaq üzrə rekord müəyyənləşdirib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, 30 yaşlı U. Runi üçün bu, səfər matçlarında 88-ci qol olub. U.Runi “Nyukasl” və “Blekbern Rovers”in forvardı Alan Şireri (87 qol) qabaqlaya bilib. A. Şirer 260 qolla İngiltərə çempionatının ən yaxşı bombardiri olaraq qalır. U. Runi bu siyahıda 195 qolla ikincidir. U. Runinin “Stok Siti”yə vurduğu qol “Mançester Yunayted”in heyətində 250-ci qol olub. Bununla da o, əfsanəvi Bobbi Çarltonu qabaqlayaraq klubun tarixində ən yaxşı bombardir oldu.

DİGƏR XƏBƏRLƏR

Top