Trampa qarşı etiraz edənləri 10 il həbs gözləyir

ABŞ prezidenti Donald Trampın andiçmə günündə saxlanılan 230 nəfərin əksəriyyətinə qarşı kütləvi iğtişaşlarda iştiraka görə ittiham irəli sürüləcək. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu ABŞ Prokurorluğundan deyiblər. Prokurorluqdan bildiriblər ki, bu cinayət 10 il müddətinə həbs cəzasını, eləcə də 250 min dollaradək cəriməni nəzərdə tutur. Cinayət işi üzrə məhkəmə iclasları fevralda baş tutacaq. Bu vaxtadək saxlanıların bir çoxu girovsuz azadlığa çıxa biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top